Texnologiya hüquq sahəsi kimi 21-ci əsrin yeni və ən çox tələb olunan hüquq sahələrindən biridir. ''Legalaid'' Hüquq şirkəti Azərbaycanda texnologiya hüququnu araşdıran şirkətdir. Şirkətimizin əsas fəaliyyət istiqamətlərindən biri də internet üzərində baş vermiş hüquq pozuntularını aradan qaldırmaq və lazımi hüquqi rəy verməkdən ibarətdir. Bu sahə üzrə əsas xidmətlərimiz: 1) "Legalaid" mobil tətbiqi, 2) Şəxsi Məlumatların məxfiliyi, 3) Online müqavilələrin tərtibi və hüquqi dəstək verilməsi.
Şirkətimizin əsas innovativ məhsulu olan "Legalaid" mobil tətbiqi Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə birgə əmakdaşlıq əsasında yaradılmışdır. Tətbiqin əsas məqsədi vətəndaşlara zamandan və yerdən asılı olmayaraq, daha sürətli və əlçatan hüquqi yardımın göstərilməsinin təmin olunmasıdır. "Legalaid" mobil tətbiqini hər bir vətandaş öz mobil telefonlarına yükləyib, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan peşəkar Vəkillərə ünvanlayıb öz hüquqi suallarına tam dolğun cavab ala bilərlər. Bunun üçün vətandaşlar mobil tətbiqi yükləyəndən sonra qeydiyyat bölməsindən keçərək öz şəxsi hesablarını yaradaraq ixtisaslaşmış Vəkillərə öz suallarını verə bilərlər.
Sizə aşağıdakılarla yardımçı ola bilərik:
- Əməliyyatlarınızın fərdi məlumatların işlənilməsi nöqteyi-nəzərdən təhlili;
- Məlumatın məxfiliyi siyasətlərinin hazırlanması və ya nəzərdən keçirilməsi (veb səhifələr üçün məlumatın məxfiliyi haqqında siyasətlər də daxil olmaqla);
- Ümumi Məlumatın Mühafizəsi Qaydalarının və məlumatın mühafizəsi haqqında yerli qaydalara dair məsləhətin verilməsi;
- Ümumi Məlumatın Mühafizəsi Qaydalarının ilə məlumatın mühafizəsinə dair yerli qaydalar arasında müqayisəli təhlilin hazırlanması;
- İşçilər və/və ya digər məlumat subyektləri üçün məlumatın məxfiliyi ilə bağlı bildirişlərin və razılıq formalarının hazırlanması və ya nəzərdən keçirilməsi;
- Kontragentlərlə məlumatın məxfiliyi ilə bağlı müqavilə şərtlərinin hazırlanması və ya nəzərdən keçirilməsi;
- Fərdi məlumatların informasiya sistemlərinin Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar Nazirliyində qeydiyyatına köməklik göstərilməsi.